Şüa diaqnostika
1.901 elementdən 1.521-1.540 arası göstərilir.
Sual № 1021
25 yaşlı gənc USM müraciət etmişdir. Müayinə zamanı qaraciyərin sağ payında dəyirmi formalı diametri 1,5 sm olan dəqiq hamar konturlu tək anexogen törəmə aşkar edilib. Tərkibində heç bir əlavələr olmayan psevdogüclənmiş dorsal effekt görünür. Sizin fikirniz?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1022
47 yaşlı pasient qarnın küt travması ilə USM müraciət etmişdir: Qaraciyərin sol payın kaudal hissəsində görüntüdə 3-4 sm ölçüdə dairəvi formada 1 dəqiq konturlu tək-tək exosiqnallı törəmə və sol plevral boşluqda maye aşkar olundu. Leykositlər 8.800, ErÇS (ROE) 16 mm/s. Bu görüntü nəyi təcəsüm edir?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1023
52 yaşlı pasient USM müraciət edərkən qaraciyərin diafraqma səthində sağ payın kapsulası altında xəstənin yerdəyişməsindən asılı olmayaraq uzadılmış exoneqativ zolaq görünür. Görüntü necə qiymətləndirilsin?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1024
Astenik bədən qurluşu 52 yaşlı pasient qarın boşluğunun USM-si üçün müraciət etmişdir: Qaraciyərin 3 sm qabırğa altında kənara cıxmışdır. Güc verərkən aşağı boş venanın diametri dəyişilməz olur. Qaraciyərin venoz damarlarında nəzərə çarpacaq dərəcədə genişlənmə qeyd olunur. Hansı xəstəlik üçün US görüntü xarakterikdir?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1025
63 yaşlı pasientin qarın boşluğunun USM zamanı: Qaraciyərin ölçüləri böyüməyib, kənarı dəyirmidir, exogenliyi artıb, strukturları xırda dənəvərlidir, aşağı boş vena və qaraciyər venaları genişlənmişdir. Nəfəs alma aktında aşağı boş venanın diametri dəyişilməyib. Görüntü nəyi xarakterizə edir?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1026
46 yaşlı pasientin USM-si zamanı: qaraciyər qabırğa qövsündən 4 sm kənara çıxmışdır, kənarı dəyirmidir, exogenlik yüksəkdir, damar şəkli kəsıblaşıbdır. Görüntü nəyi xarakterizə edir?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1027
67 yaşlı pasienti qarın boşluğu orqanların USM-si zamanı: Qaraciyərin ölçüləri kəskin böyümüş, kənarı dəyirmi və səs keçirigiliyi artııb. Exostrukturası birləşib, qaraciyər venaları genişlənib, aşağı boş venanın diametri 3,5 sm qədər böyüyüb. Qabırğa diafraqmal sinusda hər iki tərəfdə maye görünür. Görüntü nəyi xarakterizə edir?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1028
26 yaşlı pasient USM-nə müraciət edərkən qaraciyərdə çoxlu sayda kənarı dəyirmi divarı sərtləşmiş və şaxələnmiş ocağı olan hipoexogen törəmələr təyin edilir. Bu dəyişikliyi necə qiymətləndirilir?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1029
52 yaşlı pasient USM-nə müraciət edərkən: Qaraciyərin hər iki payında 0,5-1,5 sm diametrli dəyişkən dorsal psevdogüclənmiş dəqiq konturlu anexogen törəmələr aşkarlanıb. Sizin fikirniz?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1030
17 yaşlı pasient qarın boşluğunun USM-nə müraciət edərkən dorsal səthin proyeksiyasında diafraqma altında qaraciyərdə dəyirmi formalı dəqiq konturlu hipoexogen törəmə (nazik divarlı 2 mm) aşkar olunur. Yüngül yeməkdən sonra ölçülər dəyişilir. Sizin fikirniz?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1031
42 yaşlı astenik bədən qurluşlu pasient USM-nə müraciət edərkən: Qaraciyər normal ölçüdədir, sağ payı proyeksiyasında kənarları nahamar formaya və kontura malik olan exoneqativ törəmə aşkar olundu. Qaraciyər və diafraqma arasında exoneqativ maye zolağı aşkarlanır. Şərh edin:
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1032
20 yaşlı pasient USM-nə müraciət edərkən sağ payın proyersiyasında 3,5x4 sm ölçüdə tərkibi həmcins olmayan struktura nahamar dəqiq kontura malik dorsal psevdogüclənmiş efektdə hiperexogen törəmə, arxasınca isə hipoexogen borucuqlu struktur aşkarlanır. Bu dəyişiklik nəyin təzahürüdür?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1033
Qaraciyər transplantasiyasının ən çox rastlaşan fəsadı hansıdır?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1034
Hepatosintiqrafiya zamanı qaraciyərdə radioaktiv maksimal toplama (Uptake max) sağ paydan sola yerdəyişməsi nə zaman müşahidə edilir?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1035
Qaraciyərdə adətən rast gəlinən bədxassəli şiş hansıdır?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1036
Qaraciyərin biliyar sirrozunun KT əlaməti hansıdır?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1037
Qaraciyər kistasının exoqrafik diaqnostikası nəyə əsaslanır?
Ədəbiyyat: Baxşiyev B. “Şüa diaqnostikası”. Bakı, 2012, 716 s.
Sual № 1038
Paramezonefral (Muller) embrional axar anomaliyalarına əsasən uşaqlıq qüsurları neçə Tipə bölünürlər?
Ədəbiyyat: Prof. Dr. Ercan Kocakoç / Dünya Tıp Kitabevi; Abdominal Radyoloji // 2014, s.681
Sual № 1039
Tip I Muller axar anomaliyası olaraq ən çox rast gəlinən xəstəlik hansıdır?
Ədəbiyyat: Prof. Dr. Ercan Kocakoç / Dünya Tıp Kitabevi ; Abdominal Radyoloji // 2014, s.681
Sual № 1040
Uşaqlıq və uşaqlıq boru aqeneziyası vəya hipoplyaziyası hansı tip Muller axar anomaliyasına aiddir?
Ədəbiyyat: Prof. Dr. Ercan Kocakoç / Dünya Tıp Kitabevi ; Abdominal Radyoloji // 2014, s.681
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?