2.835 elementdən 181-200 arası göstərilir.

Sual № 181

«Ürək kaxeksiyasının» baş verməsində hansı sistemin aktivləşməsi həlledici məna daşıyır? (ŞNαA - şişlərinin nekrozlaşmasının alfa amili, ŞNβA - şişlərinin nekrozlaşmasının betta amili).

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83 П.Ф.Литвицкий. Патофизиология. Том 1, 2003, стр. 614

Sual № 182

Tənəffüs hərəkətlərin tezliyinin hesablanması nəyi təxmini qiymətləndirməyə imkan verir?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83

Sual № 183

Çeyn - Stoks aperiodik tənəffüsün əmələ gəlməsinin səbəbi nə hesab olunur?(СО2 - karbon qazı, О2 - oksigen).

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84

Sual № 184

Xroniki sol mədəcik çatmamazlığı olan xəstələrdə ağ ciyərlərin auskultasiyasında harada və hansı xırıltılar eşidilir (kiçik qan dövranında uzun müddətli durğunluq olduqda)?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84

Sual № 185

Arterial nəbzin ölcüsünün və onun dolğunluğunun azalması hansı dəyişikliyi göstərir?(VH - vurğu həcmi, SolM - sol mədəcik, SağM - sağ mədəcik, ÜA - ürək atımı).

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 88.А.Л.Гребнев. Пропедевтика внутренных болезней.2001, стр. 159

Sual № 186

Alternə olunan nəbz (pulsus alternans) nə ilə xarakterizə olunur?

  Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 89

Sual № 187

Nyu - York ürək assosasiyasının təsnifatına əsaslanaraq xəstələrin fiziki yükə dözümlülüyündən asılı olaraq neçə funksional sinifə ayırırlar (FS)?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.

Sual № 188

Trombosirlərin dağılması zamanı ayrılmayan və laxtalanmada iştirak etməyən faktorlara hansılar aiddir?

  Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 379

Sual № 189

Miokardın oksigenə tələbatının artmasına səbəb olmayan faktorlar hansılardır?

  Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 388

Sual № 190

Sağlam adamlarda oksigenin maksimal istifadəsi (VO2 max) fiziki yüklənmə zamanı nəcə ml/dəq/m2 təşkil edir?

  Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 97

Sual № 191

Normada ürəyin vurğu həcmi neçə ml-ə bərabərdir?

  Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 563

Sual № 192

Normada atım fraksiyası neçə faizə bərabərdir?

  Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 563.

Sual № 193

20 yaşlı xəstə baş ağrısı şikayəti ilə həkimə müraciət etmişdir. Müayinə zamanı xəstədə arterial təzyiq (AT) 180/100 mm. c. süt. olduğu müəyyən olunmuşdur. Xəstə əvvəllərdə onda periodik baş ağrıları və yüksək AT olmasını qeyd edir. Xəstənin bədən quruluşü normaldır, gövdənin yuxarı hissəsinin əzələləri yaxşı inkişaf etmişdir və gövdənin yuxarı hissəsində damarların güclü pulsasiyası nəzərə çarpır. Ürək nahiyyəsində və arxada kürək sümükləri arasında sitolik küy eşidilir. Xəstənin ayağında AT 105/60 mm. c. süt., nəbzi (Ps) 95/1 dəq. Qaraciyər və dalaq böyüməmişdir. Ayaqlarda ödem yoxdur. EKQ-də - sinus ritmi və sol mədəcik hipertrofiyası əlaməti qeyd olunur. Döş qəfəsi rentgenoqrammasında 3 və 4-cü qabırğaların aşağı kənarında uzurasiya (yeyilmə) görünür. Xəstədə daha çox ehtimal olunan diaqnoz nədir?

  Ədəbiyyat:ATU-nun I dax. xəst. Kaf. Dos. İmaməliyev Q.M,16.01.2020------ Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010

Sual № 194

20 yaşlı xəstə baş ağrısı şikayəti ilə həkimə müraciət etmişdir. Müayinə zamanı xəstədə arterial təzyiq (AT) 180/100 mm. c. süt. olduğu müəyyən olunmuşdur. Xəstə əvvəllərdə onda periodik baş ağrıları və yüksək AT olmasını qeyd edir. Xəstənin bədən quruluşü normaldır, gövdənin yuxarı hissəsinin əzələləri yaxşı inkişaf etmişdir və gövdənin yuxarı hissəsində damarların güclü pulsasiyası nəzərə çarpır. Ürək nahiyyəsində və arxada kürək sümükləri arasında sitolik küy eşidilir. Xəstənin ayağında AT 105/60 mm. c. süt., nəbzi (Ps) 95/1 dəq. Qaraciyər və dalaq böyüməmişdir. Ayaqlarda ödem yoxdur. EKQ-də - sinus ritmi və sol mədəcik hipertrofiyası əlaməti qeyd olunur. Döş qəfəsi rentgenoqrammasında 3 və 4-cü qabırğaların aşağı kənarında uzurasiya (yeyilmə) görünür. Müalicə taktikasını müəyyən etmək üçün ən informativ müayinə üsulu:

  Ədəbiyyat:ATU-nun I dax. xəst. Kaf. Dos. İmaməliyev Q.M,16.01.2020------ Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010

Sual № 195

44 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Baxdıqda xəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır. Diaqnozu ehtimal olunan xəstəliyin xarakterik əlamətləri hansılardır (düzgün kombinasıyanı seçin):

1. Venoz təzyiqin artması
2, Gövdənin yuxarı hissəsinin sianozu 3. Təngənəfəslik
4. Arterial təzyiqin artması
5. Qarında kəskin ağrıların olması

  Ədəbiyyat:ATU-nun I dax. xəst. Kaf. Dos. İmaməliyev Q.M,16.01.2020------ Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010 Ritm pozğunluğunun fizioloji əsasları

Sual № 196

Ürəyin hansı fəaliyyəti avtomatizm funksiyası adlanır?

  Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

Sual № 197

Miokardın yalnız hansı hüceyrələri avtomatizm funksiyasına malikdir?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

Sual № 198

Ürəyin hansı hissəsi avtomatizm funksiyasına məhrumdur?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

Sual № 199

Neçə avtomatizm mərkəzi var?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15

Sual № 200

Birinci dərəcəli avtomatizmə malik hüceyrələr hansıdır?

  Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×