Kardiologiya
2.835 elementdən 2.301-2.320 arası göstərilir.
Sual № 2301
Hansı ritm və keçiricilik pozğunluğu kəskin miokard infarktın “müşayiətçisi” hesab olunmur? (AV - atrioventrikulyar).
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2302
Kəskin miokard infarktın “müşayiətçisi” hesab olunan ritm və keçiricilik pozğunluqlarında (həyati təhlükəli olmayan ritm pozğunluqları) hansı antiaritmik preparat istifadə edilir?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2303
Miokard infarktın hansı lokalizasiyasında, əsasən, sinus bradikardiyası meydana gəlir?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2304
Miokard infarktının hansı lokalizasiyasında sinoaurikulyar (SA) düyünün qan təchizatının pozulması baş verir?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2305
Aşağı lokalizasiyalı miokard infarktda sinus bradikardiyası hansı vaqotonik reaksiyanın nəticəsində meydana çıxır?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2306
Sol mədəciyin arxadiafraqmal (aşağı) divarı n.vagusun afferent reseptorları ilə zəngin olduğundan həmin zonanın infarktı zamanı sinus bradikardiyası aşağıdakılardan hansının pozuntusu ilə birgə rast gəlinmir?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2307
Miokard infarktın hansı lokalizasiyasında, başlıca olaraq, sinus taxıkardiyası meydana çıxmır?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2308
Miokard infarktlı xəstələrin 1/4 - 1/3 - də təsadüf olunan sinus taxikardiyası nə deməkdir? (ÜVS - ürək vurğularının sayı).
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
Sual № 2309
Hansı hal miokard infarktlı xəstələrdə sinus taxikardiyasının daha çox rast gələn səbəbi hesab olunmur?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571 - 572
Sual № 2310
Aşağıdakılardan hansı hal miokard infarktlı xəstələrdə sinus taxikardiyasının daha çox rast gələn səbəbi hesab olunmur?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система).«Бином - пресс», 2007, стр. 571 - 572
Sual № 2311
Əgər, miokard infarktlı xəstələrdə ürək vürğularının sayı dəqiqədə 110 - 120 vurğunu keçərsə, onda hansı preparatı (qəbuluna əks göstəriş yoxdursa) təyin etmək olar?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
Sual № 2312
Əgər kəskin miokard infarktlı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik forması baş veribsə və xəstə onu pis keçirirsə, həmçinin ürək çatışmazlığı əlamətləri artırsa, onda paroksizmi yox etmək üçün hansı müalicənin təyini daha yaxşıdır? (EİT - elektroimpuls terapiya).
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
Sual № 2313
Mədəciküstü takikardiya ilə fəsadlaşmış miokard infarktlı xəstələrin müalicəsində ağır fəsadlaşmalar törətdiyi üçün hansı metodun həyata keçirilməsi məsləhət deyil?1. Göz almalarına təzyiq etmək2. Karotid sinusu massaj etmək3. Valsalva sınağını həyata keçirmək4. Vena daxilinə bolüsla adenozin yeritmək5. Verapamili vena daxilinə yeritmək
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
Sual № 2314
Miokard infarktı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik formasının paroksizmlərini pis keçirən xəstələrdə və/və ya ürək çatışmazlığı əlamətləri çoxaldıqda tutmanı yox etmək üçün amiodaronun damcı üsulu ilə venaya ilkin yeridilmə dozasını göstərin?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
Sual № 2315
Miokard infarktlı xəstələrdə qulaqcıq fibrillyasiyasının taxisistolik formasının paroksizmlərini pis keçirən xəstələrdə və ürək çatışmazlığı əlamətləri çoxaldıqda tutmanı yox etmək üçün amiodaronun venaya sutkalıq yeridilmə dozasını göstərin (mq - la)?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2011, стр. 273, 569
Sual № 2316
Nəzərə alsaq ki, xəstələrdə SQ - nın kəskin dilatasiyası (50 mm qədər) və onun əsasən SM - nın dilatasiyası ilə birliyi zamanı sinus ritminin bərpası ehtimalı çox aşağıdır (səyriyici aritmiyanın residivləşmə ehtimalı isə çox yüksəkdir), onda hansı qrup preparatla taxisistolik səyriyici aritmiyanı normasistoliyə çevirmək olar? (SQ - sol qulaqcıq, SM - sol mədəcik)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
Sual № 2317
Mədəciküstü taxikardiya paroksizmləri zamanı adenozini hansı dozada (mq) sürətlə bolyusda venaya yeritməyi başlamaq lazımdır?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 572
Sual № 2318
Hansı ritm pozğunluğu mədəcik taxikardiyası və mədəcik fibrillyasiyasının baş verməsiylə assosiasiya olunan yüksək riskli proqnostik arzu olunmaz (pis) mədəcik ekstrasistoliyasına aid edilmir?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 573
Sual № 2319
Aşağıdakılardan hansı mühakimə şəkərli diabeti (ŞD) olan ürək çatışmazlıqlı (ÜÇ) xəstələrdə özünü təsdiq edir? (AÇFİ- angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, NYHA- Nyu-York Ürək Assosiasiyası, FS – funksional sinif)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 44
Sual № 2320
Kəskin miokard infarktlı xəstələrdə ürəyin dəqiqəlik həcminin təyin olunmasında ən dəqiq hesab olunan klassik Fik metodunda damar yatağına yeridilən maddə kimi hansı qazdan istifadə olunur?
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 557
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?