2.835 elementdən 2.321-2.340 arası göstərilir.

Sual № 2321

Kəskin miokard infarktlı xəstələrdə fəsadlaşma baş verdikdə klassik və daha dəqiq hesab olunan Fik metodu hansı göstəricinin təyinində istifadə olunur?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 558

Sual № 2322

Kəskin miokard infarktlı xəstələrdə hansı halda Fik metodunun istifadəsi göstəriş hesab olunmur?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 558

Sual № 2323

Miokard infarktında qan dövranı pozğunluğunun xarakteristikasında hansı hemodinamik göstəricidən istifadə vacib sayılmır?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563

Sual № 2324

Hansı dəyişiklik eukinetik (normokinetik) tip hemodinamikalı kəskin miokard infarktlı xəstənin göstəricilərinə uyğun gəlmir (V.Q. Popov və başq. müəllif., 1989 il modifikasiyası)? (AF - atım fraksiyası, Üİ - ürək indeksi, AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi, MVT - mərkəzi venoz təzyiq, AT - arterial təzyiq)

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563

Sual № 2325

Hansı dəyişiklik hiperkinetik tip hemodinamikalı kəskin miokard infarktlı xəstənin göstəricilərinə uyğun gəlmir (V.Q. Popov və başq. müəllif., 1989 il modifikasiyası)? (Üİ - ürək indeksi, AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi, MVT - mərkəzi venoz təzyiq, AT-arterial təzyiq)

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563

Sual № 2326

Hansı dəyişiklik durğunluq tip hemodinamikalı kəskin miokard infarktlı xəstənin göstəricilərinə uyğun gəlmir (V.Q. Popov və başq. müəllif., 1989 il modifikasiyası)? (Üİ - ürək indeksi, AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi)

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563

Sual № 2327

Kəskin miokard infarktlı xəstələrdə, adətən, hansı hemodinamik tip müşahidə olunmur?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565

Sual № 2328

Əgər, miokard infarktlı xəstənin klinikasında ağciyər ödemi əlamətləri varsa, eyni zamanda AAPT (20 mm c.süt-dən yuxarı) və MVT nəzərəçarpacaq qədər yüksəlibsə, lakin sistolik AT və Üİ aşağı düşmüşlərsə (2,0 l/dəq./m2-dan aşağı), həmçinin periferik hipoperfuziya əlamətləri (oliquriya, ətrafların soyuması, arterial hipotoniya) mövcuddursa, onda hansı hemodinamik tip haqqında düşünmək olar? (AT-arterial təzyiq, AAPT - ağciyər arteriyasının pərcimləmə təzyiqi, Üİ - ürək indeksi, MVT - mərkəzi venoz təzyiq)

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565

Sual № 2329

Əgər, kəskin sol mədəcik çatışmazlığı ilə fəsadlaşmış miokard infarktlı xəstədə hipokinetik tip hemodinamika təyin olunubsa, onda AAPT və ağciyər durğunluğuna aktiv təsir etməkdən ötəri hansı preparatların vacib birliyindən istifadə olunmalıdır? (AAPT – ağciyər arteriyasının pərçimlınmə təzyiqi)

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565

Sual № 2330

Kəskin miokard infarktlı xəstələrdə kəskin ürək çatışmazlığının durğunluq hemodinamik tipində vena daxilinə furosemid hansı dozada yeridilir?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565

Sual № 2331

Sol mədəcik çatışmazlığı olan miokard infarktlı xəstələrdə hemodinamikanın durğunluq tipi aşkarlandıqda hansı dərmanların birliyi göstəriş hesab olunur?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565

Sual № 2332

Miokard infarktlı xəstələrdə diqoksinin inotrop dərman maddəsi kimi istifadəsi hansı səbəbdən məsləhət deyil?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 567.

Sual № 2333

Ritm tezliyi dəqiqədə 160-220 vurğu olan davamlı mədəcik taxikardiyası hansı dəyişikliyə səbəb olmur?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573

Sual № 2334

Ritm tezliyi dəqiqədə 160-220 vurğu olan davamlı mədəcik taxikardiyanın arzuolunmaz nəticəsinə aşağıdakılardan hansı aid deyil?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573

Sual № 2335

Davamlı mədəcik taxikardiyası tutması ağ ciyər ödemi, kardiogen şok və ya huşun itməsilə müşayiət olunarsa, onda paroksizmi təcili aradan qaldırmaq üçün nə etmək lazımdır?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573

Sual № 2336

Mədəcik taxikardiyası paroksizmini aradan qaldırmaq üçün lidokain vena daxilinə şırnaqla hansı dozada yeridilməlidir? (mq)

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573

Sual № 2337

Əgər mədəcik taxikardiyası paroksizmini aradan qaldırmaq üçün vena daxilinə şırnaqla lidokain yeridildikdən sonra müsbət effekt baş verməyibsə, onda preparatın venaya təkrar yeridilməsi neçə dəqiqədən sonra mümkündür?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573

Sual № 2338

Əgər mədəcik taxikardiyası paroksizmini aradan qaldırmaq üçün ilk olaraq venaya şırnaqla lidokain yeridildikdən sonra effekt baş verməyibsə, onda preparatın venaya təkrar yeridilməsi hansı dozada (mq) mümkündür?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573

Sual № 2339

Mədəcik taxikardiyası paroksizmi aradan götürüldükdən sonra, lidokain venaya hansı dozada və necə təyin olunmalıdır?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573

Sual № 2340

Nəzərə alsaq ki, davamlı mədəcik taxikardiyası paroksizmi təcili aradan qaldırılmalıdır və lidokainin hətta təkrar yeridilməsi belə effekt vermədikdə, növbəti taktika nədən ibarətdir?

  Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×