2.835 elementdən 321-340 arası göstərilir.

Sual № 321

Sağ mədəciyin protodiastoliok qalop ritmi harada daha yaxşı eşidilir?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 87

Sual № 322

Sol mədəciyin nəzərə çarpan diastolik disfunksiyası («bərk», sərt mədəcik) olan xroniki ürək çatmamazlıqlı xəstələrdə sol qulaqcığın qüvvətli yığılması zamanı çox vaxt, adətən, nə müəyyən olunur?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 87.А.Л.Гребнев. Пропедевтика внутренных болезней.2001, стр. 153

Sual № 323

Ağır xroniki ürək çatmamazlığı olan xəstələrdə arterial nəbzin dəyişikliyini göstərin?

1. tezləşmiş (pulsus frequens)
2. aritmik (pulsus irregularis)
3. zəif dolğunluqlu və gərginlikli (pulsus parvus et tardus)
4. dolğun nəbz (pulsus plenus)
5. nadir (pulsus rarus)
6. gərgin, və ya bərk nəbz (pulsus durus)

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 88.А.Л.Гребнев. Пропедевтика внутренных болезней.2001, стр. 159

Sual № 324

II funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyasının təsnifatına əsaslanaraq).

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91

Sual № 325

Ürək çatışmazlığın (ÜÇ) diaqnostika və müalicəsi üzrə AzRSN - nin klinik protokolun ümumi müddəalarına əsasən xəstələrdə ÜÇ - ı hansı əlamətlərlə xarakterizə olunan kompleks sindromdur?

1. sakitlik və ya fiziki gərginlik zamanı yaranan təngnəfəslik və/və ya ümumi zəiflik
2. ağciyərlərdə və ya aşağı ətraflarda durğunluq əlamətləri
3. sakit vəziyyətdə ürəkdə struktur və ya funksional dəyişikliklərin obyektiv əlamətləri
4. müalicənin 5 günü nəticəsində bədən kütləsinin 4kq və daha artıq azalması
5. ürək vurğularının sayının dəqiqədə 120 - dən çox olması

  Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010, səh 9.

Sual № 326

Sol mədəcik çatışmazlığı əsasən hansı qan dövranında durğunluğa səbəb olur və ilk olaraq hansı şikayətlərlə təzahür edir?

  Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 10

Sual № 327

Təcrid (izolə) olunmuş sağ mədəcik çatışmazlığı haqqında nələri demək olar?

1. nadir hallarda rast gəlinir
2. bir qayda olaraq, sağ mədəcik çatışmazlığı sonradan sol mədəcik çatışmazlığına qoşulur
3. sağ və sol mədəcik çatışmazlığın klinik əlamətləri birgə müşahidə olunur
4. tez - tez rast gəlinir
5. sağ mədəcik çatışmazlığına sol mədəcik çatışmazlığı heç vaxt qoşulmur

  Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 10.

Sual № 328

Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığın (ÜÇ - ün) təsnifatının B mərhələsində nələr baş verir?

  Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.

Sual № 329

Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığı (ÜÇ) təsnifatının D mərhələsində nələr baş verir?

  Ədəbiyyat:Ürək çatışmazlığı diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN Вакı, 2010. Səh 11.

Sual № 330

Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı A mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci - , AHA - Amerika Ürək Assosiasiyasının - , NYHA - Nyu - York Ürək Assosiasiyası).

  Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.

Sual № 331

Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı C mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası)

  Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Səh 11.

Sual № 332

Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı D mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası).

  Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol AzRSN. Вакı, 2010. Səh 11.

Sual № 333

Sol mədəciyin saxlanılmış atım fraksiyalı diastolik ürək çatışmazlığına (SAFÜÇ) xas olan şikayətlər və əlamətlərlə yanaşı, adekvat saxlanılmış atım fraksiyası dedikdə aşağıdakı hansı faiz nəzərdə tutulur?

  Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12

Sual № 334

Təngnəfəslik, tez yorulma, ümumi zəiflik, iştahasızlıq şikayətləri olan xəstədə periferik ödemlər, vidaci venalarda şişkinlik, ağ ciyər ödemi, hepatomeqaliya, assit, maye durğunluğu, kaxeksiya əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığın (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?

  Ədəbiyyat:Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.

Sual № 335

Sakit vəziyyətdə ağır təngnəfəslik şikayətləri olan xəstədə ağ ciyərlərdə krepitasiya və müxtəlif qabarcıqlı yaş xırıltılar, plevral boşluqlarda transudat (mayenin) yığılması, taxikardiya, taxipnoe əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?

  Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.

Sual № 336

Huşun pozulması, zəiflik, ətrafların soyuması şikayətləri olan xəstədə periferik perfuziyanın zəifləməsi, sistolik AT <90 mm c.st, anuriya və ya oliqouriya əlamətləri vardır.Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?

  Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.

Sual № 337

Təngnəfəslik, zəiflik şikayətləri olan xəstədə vidaci venalarda şişkinlik, periferik ödemlər, hepatomeqaliya, qəbizlik əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?

  Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.

Sual № 338

Xroniki ürək çatışmazlığı (XÜÇ) olan xəstələrdə sakitlik vəziyyətində ürəkdə struktur və ya funksional dəyişikliklərin obyektiv əlamətləri nələrdir? (SM –sol mədəcik).

1. kardiomeqaliya, auskultasiyada çapma ritmi
2. sistolik ürək küyləri, ÜÇ xas olan exokardioqrafik dəyişikliklər (SM atım və vurğu fraksiyaların azalması, SM dilatasiyası və s.)
3. natriumuretik peptidin səviyyəsinin artması
4. natriumuretik peptidin səviyyəsinin azalması
5. hepatomeqaliya, auskultasiyada bildirçin ritmi

  Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.

Sual № 339

Ürək çatışmazlığı zamanı ürək funksiyasının zəiflənməsinin əsas etiolojı səbəbləri nədir?

1. kəskin və ya xroniki işemiya nəticəsində miokardın zədələnməsi və ya tələf olması
2. hipertoniya zamanı damar rezistentliyinin artması
3. sol qulaqcıqda son sistolik həcmin azalması
4. natriumuretik peptidin səviyyəsinin azalması, sol qulaqcıqda son sistolik həcmin artması
5. hipertoniya zamanı damar rezistentliyinin azalması

  Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.

Sual № 340

Ürək çatışmazlığı əmələ gəlmiş hansı xəstəliklər zamanı əsasən ritm pozğunluğu baş vermir?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×