Kardiologiya
Sual № 461
Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının II sinfinə aid olanları göstərin?
Sual № 462
Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının III sinfinə aid olanları göstərin?
Sual № 463
Xəstələrin klinik qiymətləndirlməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının IV sinfinə aid olanları göstərin?
Sual № 464
Dekompensasiyalı xroniki ürək çatışmazlığı olan xəstələrdə yaranmış kəskin ürək çatışmazlığı baş verdikdə hansı prosedurun həyata keçirilməsi məsləhət deyil?
Sual № 465
Ağciyər ödemli kəskin ürək çatışmazlığında hansı müalicənin aparılması vacib deyil?
Sual № 466
Hipertoniyası olan xəstədə kəskin ürək çatışmazlığında əsasən hansı prosedurun aparılması tövsiyə olunur?
Sual № 467
Anamnezində sağ ürək çatışmazlığı olan xəstələrdə kəskinləşmə yarandıqda hansı müalicənin aparılması tövsiyə olunur?
Sual № 468
Miokard infarktı olan kəskin ürək çatışmazlıqlı xəstələrdə (ağciyər ödemi) hansı müalicənin aparılması məsləhət deyil?
Sual № 469
Hospitalizasiya olunmuş β - adrenoblokatorlar və AÇFİ/ ARB ilə müalicə alan xroniki ürək çatışmazlıqlı xəstələr kəskin dekompensasiya halına düşərsə, aşağıdakılardan hansı tövsiyə məsləhət görülmür? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitoru, ARB - angiotenzin - II reseptorları blokatorların inhibitoru).
Sual № 470
Xroniki ürək çatışmazlıqlı xəstələrdə aşağıdakılardan hansı halın yaranması kəskin dekompensasiyanı xarakterizə etmir?
Sual № 471
Aşağıdakılardan hansı xroniki sistolik ürək çatışmazlığının (XÜÇ) proqnozunun qiymətləndirilməsi markerlərinə aid deyil?
Sual № 472
44 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Müayinədə- xəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır. Xəstədə daha çox ehtimal olunan diaqnoz:
Sual № 473
45 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Baxdıqda xəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır. Bu xəstə üçün başlanğıc seçim müalicə hansılardır: (düzgün kombinasıyanı seçin)
1. Qeyri-steroid iltihab əlehyinə dərman
2. Antiaritmik dərman
3. Antibiotik
4. Diqoksin
5. Antikaohulyant dərmanlar
Sual № 474
Normada sol mədəcik miokardının qalınlığı nə qədərdir?
Sual № 475
Aşağıdakılardan hansı ürəyin funksiyasına aid deyildir?
- автоматизма,
- проводимости,
- возбудимости,
- сократимости.
Sual № 476
Miokardın inotrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?
1.ümumi damar müqavimətinin ölcüsü
2.ağciyər damar müqavimətinin ölcüsü
3.aorta və ağ ciyər arteriyasında qan təzyiqinin həddi
4. miokardın yığılmasını zəiflədən patoloji hallar
5. miokardın fəaliyyətdə olan kütləsi
Sual № 477
Müsbət xronotrop effect ürəyə necə təsir edir?
Sual № 478
Hansı faktorlar endoteldən aslı vazadilatasion faktor olub damar tonusuna və trombositlərin aqreqasiyasına təsir edirlər?
1. Boşaldıcı endothelial faktorlar (azot oksidi, NO)
2. Prostasiklin PGI2
3. Endotelial hiperpolyarizəedici faktorlar (EHPF)
4. Endotelin -1 (ЕТ1)
5. Toxuma angiotenzini II (АII)
Sual № 479
Əsas endoteldən aslı vazokonstriktor damar tonusunu, trombositlərin aqreqasiyasını və qanın laxtalanmasını artıran maddələrə nə aiddir?
1. Endotelin-1 (ЕТ1)
2. Toxuma angiotenzini II (АII)
3. Tromboksan А2, prostoqlandin PGH2
4. Boşaldıcı endotelial faktorlar (azot oksidi, NO)
5. Prostasiklin PGI2
Sual № 480
Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya və tütün çəkmək ayrılıqda hər biri ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!