2.835 elementdən 1.041-1.060 arası göstərilir.

Sual № 1041

Sinus ritmli sol mədəciyin sistolik disfunksiyası olan (SMAF < 40% -dən az) xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretik, AÇFİ və/və ya ARB, β - adrenoblokator və göstəriş olduqda aldosteron antaqonistinin optimal dozaları ilə müalicəyə baxmayaraq, ÜÇ əlamətləri təzahür etməkdə davam edərsə, onda hansı preparatın təyini nəzərdən keçirilə bilər? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, ÜÇ - ürək çatışmazlığı).

  Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36

Sual № 1042

Ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan xəstələrin müalicəsində angiotenzin çevirici fermentin inhibitorları hansı halda tövsiyə olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası).

  Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36

Sual № 1043

Xroniki ürək çatışmazlığı olan xəstələrə angiotenzin II reseptorlarının blokatorları hansı halda təyin olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları).

  Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36

Sual № 1044

Xroniki ürək çatışmazlığı olan xəstələrə β - adrenoblokatorların hansı halda ehtiyatla qəbulu tövsiyə olunur? (SMAF - sol mədəciyin atım fraksiyası, FS - funksional sinif, NYHA - Nyu-York Ürək Assosiasiyası).

  Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 888.

Sual № 1045

Xroniki ürək çatışmazlığı olan xəstələrə aldosteron antaqonistləri hansı halda təyin olunmur? (Mİ - miokard infarktı, ÜÇ- ürək çatışmazlığı, SMAF- sol mədəciyin atım fraksiyası, FS-funksional sinif, NYHA- Nyu-York Ürək Assosiasiyası).

  Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890

Sual № 1046

Xroniki ürək çatışmazlığı olan xəstələrə nitratlar əsasən hansı halda istifadə oluna bilməz? (Mİ - miokard infarktı, ÜÇ- ürək çatışmazlığı, SMAF- sol mədəciyin atım fraksiyası).

  Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36 Qarışıq

Sual № 1047

Damar tonusu requlyasiyasının mərkəzi mexanizmi hansı şöbələri özündə birləşdirir?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51

Sual № 1048

Damar tonusu requlyasiyasının mərkəzi mexanizminin afferent (sensor) şöbəsi (baro- və hemoreseptorlar) damar sisteminin hansı refleksogen zonasında yerləşir?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51

Sual № 1049

Aorta qövsünün və karotid sinusun baro- və hemoreseptorlarından çıxan həssas liflər əsasən hansı sinirlərin tərkibində keçirlər?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51

Sual № 1050

Damar tonusunun, efferent şöbənin aralıq təsirli baş requlyator mexanizmlərlə tənzimlənməsinə hansı xüsusi şəraitdə yaranan sinir reflektor reaksiyalar aiddirlər?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52

Sual № 1051

Damar tonusunun, efferent hissəsinin sürətli qısamüddətli təsirli, baro- və hemoreseptorların refleksoqen zonalarının bir neçə saniyə ərzində qıcıqlanması, həmçinin mərkəzi sinir sisteminin işemiyası hesabına inkişaf edən, tənzimlənməsi reaksiyası necə reallaşır?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая с. система). «Бином-пресс», 2007, стр.53-54

Sual № 1052

Angiotenzin çevirici ferment inhibitorlarının iştirakı olmadan, angotenzin-I-in angiotenzin-II– yə çevrilməsinin (transformasiyasının) alternativ yolunu göstərin?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.54

Sual № 1053

Noradrenalin əsasən hansı adrenoreseptorlara təsir edir?

  Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр52

Sual № 1054

Adrenalin əsasən hansı reseptorlara təsir edir?

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр52

Sual № 1055

«İkili hasil» (İH) göstəricisi necə hesablanır? ( SAT-sistolik arterial təzyiq, DAT- diastolik arterial təzyiq, SDT- son diastolik təzyiq, OAT- orta arterial təzyiq, NAT- nəbz arterial təzyiq, ÜVS- ürək vurğularının sayı).

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 56

Sual № 1056

Koronar qan təhcizatının (axınının) ölçüsü hansı faktorlardan asılıdır?

1. miokard daxili gərginliyin ölçüsündən
2. perfuziya təzyiqindən, və ya koronar damarlarda qanın hərəkətini təmin edən təzyiqdən
3. ürək əzələsinin yığılmasından ( inotropizmin həddindən)
4. ürək vurğularının sayından
5. tac (koronar) damarların ümümi müqavimətindən

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 56

Sual № 1057

Ürək əzələsinin ikincili zədələnməsi hesabına əmələ gələn ürək çatışmazlığı hansı xəstəliklər zamanı baş verir?

1. kəskin miokard infarktı
2. ürək əzələsinin xroniki işemiyası
3. idiopatik dilatasion kardiomiopatiya
4. miokarditlər
5. postinfarkt və aterosklerotik kardioskleroz

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 60

Sual № 1058

Ürək çatışmazlığının ən çox rast gələn səbəbləri hansı xəstəliklərdir?

1. endomiokardial fibroz
2. arterial hipertenziya, o cümlədən ÜİX ilə müştərək
3. ürəyin qapaq qüsurları
4. ÜİX (ürəyin işemik xəstəlikləri), kəskin miokard infarkt və infarktdan sonrakı kardioskleroz daxil olmaqla
5. hipo və ya hipertireoz

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр61

Sual № 1059

Hansı xəstəliklər zamanı mədəciklərin konsentrik hipertrofiyası inkişaf edir?

1. arterial hipertenziya
2. mitral qapaq çatışmazlığı
3. ağciyər ürəyi
4. aorta və ya ağciyər arteriyası qapaqlarının stenozu
5. aorta qapaqları və ya ağ ciyər arteriyasının çatışmazlığı

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 64 - 65.

Sual № 1060

Hansı neyroendokrin sistemlərin aktivləşməsi ürək çatışmazlığının xarakterik hemodinamik dəyişiklərin əmələ gəlməsində böyük rol oynayır?

1. fosforlaşma oksidləşmə prosesində enerjinin əmələ gəlməsinin zəifləməsi və qalıq ATF - nın həddindən artıq coxalması
2. renin - angiotenzin - aldosteron sistemi (böyrək - böyrəküstü vəzi)
3. toxuma renin - angiotenzin sistemi
4. miozinin ATF - nın aktivliyinin yüksəlməsi
5. simpatiko - adrenal sistemin və onun effektorları (adrenalinin və noradrenalinin)

  Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 66
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×