Kardiologiya
2.835 elementdən 1.541-1.560 arası göstərilir.
Sual № 1536
Məlumdur ki, endotelin - 1 vacib əlamətlərindən biri hüceyrədaxili mexanizmləri “işə salmaq” qabiliyyətidir. Bu mexanizmlərin “işə salınması “ nəyə qətirib çıxarır?1. zülal sintezinin sürətlənməsinə2. ürək əzələsinin hipertrofiyasının inkişafına3. zülal sintezinin sürətinin azalmasına4. ürəyin dilatasiyasına5. lipid sintezinin sürətlənməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 71
Sual № 1537
Son zamanlar xroniki ürək çatışmazlığının əmələ gəlməsində neyrohormonların uzunmüddətli hiperaktivasiyasına və endotelial disfunksiyaya böyük məna verilir. Bu dəyişikliklər nələr ilə müşayiət olunur?1. sistem vazodilyatasiya ilə2. miokardın toksiki zədələnməsi və kardiofibrozla3. hipertrofiyanın inkişafı ilə4. sinus bradikardiyası ilə5. natrium və suyun orqanizmdə nəzərə çarpacaq dərəcədə saxlanması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс
Sual № 1538
Ürəyin hansı funksiyalarının pozuntusu, müvafiq olaraq, sistolik və diastolik ürək çatmamazlığına səbəb olur?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 72
Sual № 1539
Kəskin ürək çatışmazlığın kliniki əlamətlərinin özünü göstərməsi hansı vaxt ərzində inkişaf edir?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
Sual № 1540
Xroniki ürək çatmamazlığın kliniki əlamətlərinin özünü göstərməsi hansı vaxt ərzində inkişaf edir?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
Sual № 1541
Sol mədəcik (və ya “sol ürək”) çatışmazlığı zamanı hansı simptom üstünlük təşkil etmir?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
Sual № 1542
Sol mədəcik (və ya “sol ürək”) çatışmazlığı zamanı hansı simptomlar üstünlük təşkil edir?1. hepatomeqaliya2. ortopnoe vəziyyəti3. boğulma4. ağ ciyər ödemi5. boyun venalarının şişməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
Sual № 1543
Biventrikulyar (total) ürək çatışmazlığında nə baş verir?
Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
Sual № 1544
SAS, RAAS və digər neyrohormonal sistemlərin hiperaktivasiyası nəticəsində əmələ gələn, suyun orqanizmdə saxlanması, vazokonstriksiya, taxikardiya, ürəyin həm sol, həm də sağ söbələrinin remodelləşməsi, xüsusilə hansı xroniki ürək çatmamazlığının yaranmasına səbəb olur? (SAS - Simpatiko - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistemi).
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 73
Sual № 1545
Hansı xəstəliklər zamanı ürək çatmamazlığı aşağı ürək atımı hesabına meydana çıxır?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
Sual № 1546
Aşağıda göstərilən xəstəliklərdən hansı kəskin ürək çatışmazlığının tez - tez təsadüf olunan səbəbi hesab olunmur?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
Sual № 1547
Kəskin ürək çatmamazlığının daha çox təsadüf olunan səbəbi kimi miokardın kəskin infarktının (Mİ) hansı forması hesab olunmur? (SM - sol mədəcik, ÜİX - ürəyin işemik xəstəliyi, MAÇ - mədəciklərarası çəpər, MT - mədəcik taxikardiyası, AV - atrioventrikulyar)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
Sual № 1548
Aşağıda göstərilənlərdən xroniki ürək çatmamazlığında erkən simptom kimi hansı hesab olunmur?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
Sual № 1549
Aşağıda göstərilən şikayətlərdən hansı xroniki ürək çatışmazlığının simptomu hesab olunmur?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
Sual № 1550
Xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı dəyişikliklər zamanı təngnəfəslik əmələ gəlir və o, nəyə dəlalət edir? ( SDT - son - diastolik təzyiq, SM - sol mədəcik).
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 75
Sual № 1551
Xroniki ürək catmamazlığı olan xəstələrdə təngnəfəsliyin bilavasitə səbəbi hansı pozuntular hesab olunur?1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəifləməsi)2. ağ ciyərlərdə interstisiyanın ödemi və riqidliyin yüksəlməsi, onun genişlənməsinin azalmasına gətirib çıxartması3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması4. ağ ciyərlərdə interstisiyanın ödeminin olmaması və riqidliyinin zəifləməsi, onun genişlənməsinin artmasına gətirib çıxartması5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 75 П.Ф.Литвицкий. Патофизиология.Том 2, 2003, стр. 152
Sual № 1552
Xroniki ürək çatışmazlığı olan xəstələtdə bir neçə səbəbə ğörə ağ ciyərlərdə qaz mübadiləsininin zəifləməsi və tənəffüs mərkəzinin qıcıqlanması yaranır və bu da təngənəfəsliyin yaranmasına gətirib cıxardır. Bu səbəblər hansılardır?1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəiflənməsi)2. ağ ciyərlərdə interstisiyanın ödemi və rigidliyin yüksəlməsi onun genişlənməsinin azalmasına gətirib çıxarması3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması4. ağ ciyərlərdə interstisiya ödeminin olmaması və rigidliyin zəifləməsi onun genişlənməsinin artmasına gətirib çıxarması5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
Sual № 1553
Hansı təngnəfəslik ortopnoe (orthopnoe) hesab olunur ?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
Sual № 1554
Ortropnoe zamanı təngnəfəslik nə vaxt əmələ gəlir və hansı şəraitdə yox olur?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
Sual № 1555
Xroniki ürək çatmamazlığı olan xəstələrdə məhsuldar olmayan quru öskürək hansı şəraitdə meydana çıxır və o, hansı simptomu, bəzi hallarda, müşayiət edir?
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Həkim
Yardimci
+994702144544

İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?