Kardiologiya
Sual № 141
Adi fizioloji vəziyyətdə adrenalinin əsas sirkulyator effekti nə ilə nəticələnir?
Sual № 142
Insanda sakit halda ürəyin qanla (koronar) təhcizatının ölçüsünü göstərin?
Sual № 143
Normada ürəyin (koronar) qanla təhcizatı necə təmin olunur?
Sual № 144
Ürək divarının maksimal gərginləşməsi nə vaxt baş verir?
Sual № 145
Sol mədəciyin dıastolik ölcüsünün dəyişməsi zamanı (dilətasiya, anevrizma) və ya son-diastolik təziq qalxarkən nə baş verir?
Sual № 146
Sağ mədəcik divarının yaratdığı gərginlik sol mədəcikdəkindən, nəzərə carpacaq dərəcədə, aşağı olmasının səbəbi nə ilə əlaqədardır?
Sual № 147
Klinikada ürəyin oksigenə olan tələbatının miqdarı xarakteristikasını təyin etmək üçün hansı göstəricidən istifadə olunur?
Sual № 148
Perfuzion təzyiq və ya koronar damarlarda qanın hərəkətini təmin edən təzyiq necə hesablanır?
Sual № 149
Hansı halda əsasən, toxumaların metabolik tələbatı artması hesabına (ürək çatışmazlığı dəqiqəlik həcmin artmasıyla) ürək çatışmazlığı yaranır?
1. hipoksiya vəziyyəti (anemiyalar, xroniki ağ ciyər ürəyi)
2. maddələr mübadiləsinin artması
3. hamiləlik
4. endomiokardial fibroz
5. idiopatik dilatasion kardiomiopatiya
Sual № 150
Hansı dəyişiklik, əsasən, sol mədəciyin sistolik disfunksiyasının inkişaf etməsini göstərmir? (SDT - son diastolik təzyiq, SDH - son diastolik həcm, SSH - son sistolik həcm, VH - vurğu həcmi, ÜDH - ürəyin dəqiqəlik həcmi, AF - atım fraksiyası).
Sual № 151
Miokardın konsentrik hipertrofiyası zamanı nə baş verir?
Sual № 152
Peptid - anqiotenzin - I əmələ gəlməsi necə baş verir?
Sual № 153
Angiotenzin çevirici fermentin təsiri hansı reseptorlarla həyata kecirilir və onlar harada yerləşirlər? (AÇF - angiotenzin çevirici ferment; АТ - angiotenzin reseptorları).
Sual № 154
Anqiotenzin - II, böyrəküstü vəzin qabıq maddəsinin yumaqcıqlı qatının hansı reseptorlarına təsiri aldosteron əmələ gəlməsilə nəticələnir? (АТ – spesifik anqiotenzin reseptorlar).
Sual № 155
Ümumilikdə renin - anqiotenzin - aldоsteron sisteminin aktivləşməsi hansı effektlərlə müşayiət olunur?
1. orqanizmdə natriumun və suyun tutulub saxlanması və sirkulə edən qanın həcminin artması ilə
2. miokardın yığılma qabiliyyətinin yüksəlməsilə (müsbət inotrop təsiri ilə)
3. ürəyin hipertrofiyası və remodelləşməsinə təşəbbüs etməsi ilə
4. miokardın yığılma qabiliyyətinin zəiflənməsilə (mənfi inotrop təsirlə)
5. nəzərə çarpacaq vazodilatasiya və arterial təzyiqin düşməsi ilə
Sual № 156
Ümumilikdə renin - anqiotenzin - aldоsteron sisteminin aktivləşməsi hansı effektlərlə müşayiət olunur?
1. nəzərə çarpacaq periferik vazokostriksiya və arterial təzyiqin yüksəlməsi ilə
2. ürək əzələsində birləsdirici toxumanın (kollaqenin) aktivləşməsi ilə
3. katexolaminlərin toksiki təsirinə miokardın həssaslığının yüksəlməsi ilə
4. miokardın yığılma qabiliyyətinin zəifləməsi ilə (mənfi inotrop təsirlə)
5. nəzərə çarpacaq vazodilatasiya və arterial təzyiqin düşməsi ilə
Sual № 157
Renin - anqiotenzin - aldоsteron sisteminin uzun müddətli hiperaktivləşməsi nəticəsində müəyyən mənfi effektlər inkişaf edir. Bunlardan hansı belə effekt hesab olunmur?
Sual № 158
Antidiuretik hormon harada ifraz olunur və böyrək kanalcıqlarından suyun keçməsinin requlyasiyasında necə iştirak edir?
Sual № 159
Orqanizmdə su çatmamazlığı və toxumaların dehidratasiyası zamanı nə baş verir?
Sual № 160
Orqanizmdə su çatmamazlığı və toxumaların dehidratasiyası zamanı osmo - və volümoreseptorların qıcıqlanması nəyə səbəb olur?
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!