Kardiologiya
Sual № 161
Antidiuretik hormonun təsiri ilə suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçiriciliyi yüksəlir və, müvafiq olaraq, bu şöbələrdə suyun fakultativ reabsorbsiyası artır. Nəticədə ifraz olunan sidiyin tərkibi, xüsusi sıxlığı və miqdarı necə dəyişilir?
1.tərkibində yüksək sıxlıqlı osmotik aktiv maddələr
2. yüksək xüsusi sıxlığa malik az miqdarda sidik,
3.tərkibində aşağı sıxlıqlı osmotik aktiv maddələr.
4. aşağı xüsusi sıxlığa malik daha cox miqdarda sidik
Sual № 162
Orqanizmdə suyun həddindən artıq toplanması və toxumaların hiperhidratasiyası zamanı nə baş verir?
Sual № 163
Antidiuretik hormonun sekresiyasının kəskin azalması və ya tamam kəsilməsi nəticəsində suyun böyrək kanalcıqlarının distal hissəsindən və yığıcı borulardan keçiriciliyi zəifləyir, halbuki Na+ - un bu şöbələrdə reabsorbsiyası davam edir. Nəticədə ifraz olunan sidiyin tərkibi, xüsusi sıxlığı və miqdarı necə dəyişilir?
1.tərkibində aşağı konsentrasiyalı osmotik aktiv maddələr,2. aşağı xüsusi sıxlığa malik çox miqdarda sidik, 3. tərkibində yüksək konsentrasiyalı osmotik aktiv maddələr,4. yüksək xüsusi sıxlığa malik çox miqdarda sidik, 5.yüksək xüsusi sıxlığa malik az miqdarda sidik
Sual № 164
Qulaqcıq natriumuretik peptid hansı maddələrin ifrazını zəiflədir ?
1. reninin
2. aldosteronun
3. A, D, E2 prostaqlandinləri
4. I2 prostasiklini
Sual № 165
Orqanizmin ilkin kompesator mexanizmlərdən biri olan qulaqcıq natriumuretik peptidin sekresiyası nələrə səbəb olur?
1. həddindən artıq vazokonstriksiyanın qarşısını alır
2. orqanizmdə Nа+ və suyun saxlanmasının qarşısını alır
3. ön və son yüklənmənin yüksəlməsinin qarşısını alır
4. həddindən artıq vazodilatasiyanın qarşısını alır
5. orqanizmdə Са2+ və suyun saxlanmasının qarşısını alır
Sual № 166
Endotelinin disfunksiyası hansı zədələyici faktorların təsirindən meydana çıxır?
1. hipoksiyada
2. katexolaminlərin həddindən yüksək qanda konsentrasiyasında
3. anqiotenzın–II - in aktivləşməsində
4. qanın qan damarında laminar xarakterli axını zamanı
5. arterial təzyiqin cuzi qalxmasında
Sual № 167
Endotelinin disfunksiyası hansı zədələyici faktorların təsirindən meydana çıxır?
1. plazmada serotoninin artmasında
2. yüksək arterial hipertenziyalarda
3. qan axınının sürətlənməsində
4. qanın qan damarında laminar xarakterli axını zamanı
5. ürəyin işi azacıq artdırıldıqda
Sual № 168
Məlumdur ki, endotelin - 1 vacib əlamətlərindən biri hüceyrədaxili mexanizmləri “işə salmaq” qabiliyyətidir. Bu mexanizmlərin “işə salınması “ nəyə qətirib çıxarır?
1. zülal sintezinin sürətlənməsinə
2. ürək əzələsinin hipertrofiyasının inkişafına
3. zülal sintezinin sürətinin azalmasına
4. ürəyin dilatasiyasına
5. lipid sintezinin sürətlənməsinə
Sual № 169
Hansı üç səbəb ağ ciyərlərdə qaz mübadiləsinin zəifləməsinə və tənəffüs mərkəzinin qıcıqlanmasına səbəb olur?
1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəiflənməsi)
2. ağ ciyərlərdə interstisiyanın ödemi və rigidliyin yüksəlməsi onun genişlənməsinin azalmasına gətirib çıxarması
3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
4. ağ ciyərlərdə interstisiya ödeminin olmaması və rigidliyin zəifləməsi onun genişlənməsinin artmasına gətirib çıxarması
5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
Sual № 170
Xroniki ürək çatmamazlığı olan xəstələrdə məhsuldar olmayan quru öskürək hansı şəraitdə meydana çıxır və o, hansı simptomu, bəzi hallarda, müşayiət edir?
Sual № 171
Nəzərə çarpacaq əzələ zəifliyi, tez yorulma və aşağı ətraflarda ağırlıq hissiyatı nə vaxt əmələ gəlir və xroniki ürək çatmamazlığının (XÜC) hansı əlamətlərinə aiddir?
Sual № 172
Nəzərə çarpacaq əzələ zəifliyi, tez yorulma və aşağı ətraflarda ağırlıq hissiyatı xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı səbəbdən yaranır?
Sual № 173
Nikturiya - xroniki ürək çatmamazlığı olan xəstələrdə xarakterik şikayətlərdən biridir. Nikturiya nə deməkdir?
Sual № 174
Sianoz və ya akrosianozla müşaiyət olunan XÜÇ-lı olan xəstələrdə perifiriyada qanın lənqiməsi nəticəsində toxumalardan oksigenin ekstraksiyası coxalır.Bərpaolunmüş hemoqlobinin hansı həddi bu hala qətirib cıxarır?
Sual № 175
Sağ mədəcik və ya biventrikulyar ürək çatmamazlığı olan xəstələrdə odemlərin əmələ gəlməsində hansı dəyişiklik böyük məna daşıyır?
Sual № 176
Periferik qan axınının venoz yatağında, normada qanın hidrostatik və onkotik təzyiqləri arasında münasibət necədir?
Sual № 177
Periferik qan axınının venoz yatağında, venoz durğunluq zamanı qanın hidrostatik və onkotik təzyiqləri arasındaki münasibət necədir və o, nə ilə müşayiət olunur ?
Sual № 178
Uzun müddət yataqda olan ağır xəstələrdə, ödemlər bədənin hansı nahiyyəsində üstünlük təşkil edir?
Sual № 179
Sakit halda nəfəs alarkən, qarın boşluğunun ön dıvarını əllə basdıqda və ürəyə qanın venoz axını artdıqda (sağ mədəciyin normal təmin edəcək yığılma qabiliyyəti vəziyyətində) nə baş verir? (MVT - mərkəzi venoz təzyiq).
Sual № 180
Abdominal - yuqulyar sınaqın mənfi nəticəsi ödem sindromun əmələ gəlməsində bir səbəb kimi ürək çatmamazlığını inkar edir. Bu halda periferik ödemlərin hansı genezi (səbəbi) haqqında düşünmək lazımdır?
1. hipoonkotik ödemlər
2. baldırın dərin venalarının tromboflebiti zamanı yaranan ödemlər
3. kalsium antaqonistlərinin və başqalarının qəbulu zamanı yaranan ödemlər
4. β - blokatorların qəbulu zamanı yaranan ödemlər
5. böyrək çatmamazlıqları zamanı yaranan ödemlər
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!