Genetika
1.146 elementdən 881-900 arası göstərilir.
Sual № 881
Probandın (katarakta xəstəliyi olan qadın) sağlam qardaşı var. Ata katarakta ilə xəstədir, ana və atanın valideyinləri sağlamdırlar. Ata tərəfdən nənə sağlamdır, baba isə xəstədir. Babanın atası da katarakta ilə xəstə idi. Əgər o, bu tipli katarakta ilə heteroziqot kişiyə ərə getsə probandın xəstə uşaqlarının anadan olması ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 882
Proband dırnaq və diz qapağının deffektindən əziyyət çəkir, onun qardaşı sağlamdır. Bu xəstəlik probandın atasında və ata tərəfdən babasında olub. Sağlam qadın ilə nigaha daxil olan probandın dırnaq və diz qapağının deffekti olan uşağın anadan olması ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 883
Hemofiliya X-ilişikli dominant tiplə irsən kecir. Proband (xəstə kişi) öz qohumu ilə evlidir, qadının atası da hemofiliya xəstəsidir. Bu nigahda xəstə uşaqların anadan olması ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 884
Mukovissidoz autosom-resessiv tiplə irsən kecir. Üç uşaqları olan (sağlam qız, bir sağlam oğul və bir xəstə oğul) sağlam valideyinlərin xəstə uşağının olma ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика»,1997 г.
Sual № 885
Mukovissidozlu 3 xəstə uşağı olan sağlam valideyinlərin bir daha xəstə uşağının olması ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 886
Yüksək tezlikli kiçik bir populyasiyada autosom-resessiv albinizmi olan xəstə kişi xəstə anası və sağlam atası olan sağlam qadın ilə ailə qurmuşdur. Bu nigahdan xəstə uşağın anadan olma riski nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 887
Yüksək tezlikli kiçik bir populyasiyada autosom-resessiv albinizmi olan xəstə qadın, sağlam valideyinləri və ata tərəfdən albinos babası olan, sağlam kişi ilə ailə qurmuşdur. Bu nigahdan xəstə uşağın anadan olma riski nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 888
Albinos xəstə kişi, qardaşı albinos olan sağlam qadın ilə ailə qurmuşdur. Onların uşaqları üçün risk nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 889
Ər-arvadın ikisi də sağlamdır, lakin hər ikisində eyni autosom-resessiv formalı piqment retiniti olan sibslər vardır (ərin bacısı və qardaşı xəstədirlər, arvadın bacısı xəstədir). Bu nigahdan xəstə uşağın anadan olması riski nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 890
Ailədə atanın qan qrupu – II, rezus-müsbətdir, ananın qan qrupu – III, rezus-müsbətdir, qan qrupu – I,rezus-mənfi olan uşaq anadan olmuşdur. Gələcək uşağın qan qrupunun – IV, rezus-müsbət olması ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 891
Qadının Düşenin əzələ distrofiyası ilə xəstə olan iki oğlu və bir sağlam qızı var. Həmin xəstə oğullardan xəstə uşağın anadan olma riski nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 892
Qadının Düşenin əzələ distrofiyası ilə xəstə olan iki oğlu və bir sağlam qızı var. Bu qadınınu qızında xəstə oğulun anadan olma riski nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 893
Hemofilikin qızının iki sağlam oğlu və bir sağlam qızı var. Bu qızda xəstə oğulun olması riski nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 894
Hemofilikin qızının 2 sağlam oğlu və bir sağlam qızı var. Qızından olan oğul nəvəsinin xəstələnmə ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 895
Məsləhətxanaya gələn qadın fosfodiabetdən əziyyət çəkir. Onun 2 bacısı fosfatdiabet xəstəsidir və 2 qardaşı sağlamdır. Probandın anası sağlamdır. Atası və onun doğma bacısı fosfatdiabet xəstəliyindən əziyyət çəkir, onların 2 qardaşı sağlamdır. Ata nənəsi fosfatdiabet xəstəsidir, həmçinin nənənin atası və bacısı da xəstədir, lakin nənənin 2 qardaşı və onların uşaqları sağlam idi. Probandın xəstə uşağının doğulma ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 896
Fosfatdiabet X-ilişkili dominant tiplə ötürülür. Xəstə kişinin xəstə uşağının doğulma ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 897
Şarko-Mari tipli diz əzələlərinin atrofiyasından əziyyət çəkən kişi nəslinin proqnozu barəsində məsləhətləşir. O sağlam qadınla evlənmiş, 2 sağlam və xəstə bacısı, eləcə də bir xəstə qardaşı var. Probandın atası və atanın bütün qohumları sağlamdır. Ana xəstədir, 3 sağlam bacısı və 3 sağlam qardaşı var. Ana babası xəstədir, nənəsi sağlamdır. Probandın xəstə qardaşı sağlam qadınla evlənmiş və 2 xəstə qızı var. Probandın xəstə uşağının doğulma ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 898
Sağlam yeniyetmənin 4 sağlam qardaşı var, nəslinin proqnozu barəsində məsləhət alır.Yeniyetmənin atası sağlamdır.Anasının 2 sağlam bacısı və bir sağlam qardaşı var. 2 qardaşı Düşen distrofiyasından ölmüşdür.Məsləhətxanaya gələn yeniyetmənin gələcəkdə xəstə uşağının doğulma ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 899
Proband karlıqdan əziyyət çəkir. Onun bacısı, anası və atası normal eşidir. Probandın anasının 3 bacısı normal eşidir və 1qardaşı kardır.Probandın arvadı sağlamdır, ancaq onun qardaşı kardır, 2 bacısı sağlamdır. Arvadın valideyinləri sağlamdır. Ancaq anasının 3 qardaşı kardır. Ər- arvad bir qəsəbədəndir. Probandın ailəsində kar uşağın doğulması ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
Sual № 900
Rezus-müsbət qan və elliptositoz dominant əlamətlərdir. Ər-arvadın biri hər iki əlamətə görə heteroziqotdur. Onlardan biri rezus-mənfi və normal eritrositlərə malikdir. Bu valideyin cütlərindən rezus-müsbət və normal eritrositləri olan uşağın doğulma ehtimalı nə qədərdir?
Н.П.Бочков «Клиническая генетика», 1997 г.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?