Nefrologiya
1.080 elementdən 681-700 arası göstərilir.
Sual № 683
Normal arterial təzyiqli, hiperfiltrasiya (YFS=160ml/dəq), normal albuminuriya ilə şəkərli diabeti olan xəstəyə hansı müalicə sxemi təyin edilə bilər?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 684
Normal arterial təzyiqlə, mikroalbuminuriya ilə,xolesterinin səviyyəsi >6,5mmol/l şəkərli diabeti olan xəstənin düzgün müalicə sxemi hansıdır?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 685
Şəkərli diabeti olan xəstənin (proteinuriya – >1q/gün) arterial təzyiqin hədəf səviyyəsi nə qədər olmalıdır?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 686
Diabetik nefropatiyalı xəstələrdə arterial təzyiqin müalicəsində hansı qrup diuretiklərə üstünlük verilir?
"Nefrologiya", M.Ağayev
Sual № 687
Diabetik nefropatiyalı xəstənin arterial təzyiqinin müalicəsində seçim preparatları hansılardır?
"Nefrologiya", M.Ağayev
Sual № 688
Hamilələrdə arterial hipertenziyanın müalicəsində seçim preparatı hansıdır?
"Nefrologiya", M.Ağayev
Sual № 689
Sadalanan böyrək zədələnmələrindən hansı diabetik nefropatiyaya xarakterik deyil?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 690
Hipotiazidin , karbohidratların tolerantlığını pozmayan maksimal sutkalıq dozası hansıdır?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 691
Diabetik nefropatiyalı xəstənin arterial təzyiqinin optimal müalicə sxemini seçin.
"Nefrologiya", M.Ağayev
Sual № 692
Mərkəzi təsirli hipotenziv preparatı hansıdır?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 693
Xroniki böyrək çatışmazlığı mərhələsində diabetik nefropatiyalı xəstədə Zubrod–fenomeni nədir?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 694
Yumaqcıq filtrasiya sürətinin hansı səviyyəsində diabetik nefropatiyalı xəstədə ekstrakorporal metodlarını başlamaq məsləhətdir?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 695
Normalalbuminuriya və hiperfiltrasiya ilə diabetik nefropatiyalı xəstənin müalicəsində birinci dərəcəli əhəmiyyətə malik nədir?
"Nefrologiya", M.Ağayev
Sual № 696
Yumaqcıq filtrasiyasının sürəti 60ml/dəq olan diabetik nefropatiyalı xəstədə böyrəklərin xroniki xəstəlikləri hansı mərhələdədir?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 697
Yumaqcıq filtrasiyasının sürəti 30ml/dəq olan qlomerulonefritli xəstədə böyrəklərin xroniki xəstəlikləri hansı mərhələdədir?
"Dializ" , M.Ağayev,S.Əliyev
Sual № 698
Preeklampsiyanın gedişinin proqnozunda nəyin olması əhəmiyyət kəsb edir?
"Nefrologiya", M.Ağayev
Sual № 699
Preeklampsiya olan xəstədə dölə mənfi təsir göstərən müalicə hansıdır?
"Nefrologiya", M.Ağayev
Sual № 700
Diabetik nefropatiyalı xəstələrdə AÇF - inhibitorlarının təsir mexanizmi hansıdır?
"Nefrologiya", M.Ağayev
Sual № 701
Qadınlar üçün sidik turşusunun qanda səviyyəsinin yuxarı həddi neçəyə bərabərdir?
«Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Sual № 702
Podaqralı xəstələrdə sidik yollarının və böyrək kanalcıqlarının urat kristalları ilə obstruksiyası zamanı nə baş verir?
"Nefrologiya", M.Ağayev
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?